Geri

Nazir Kəmaləddin Heydərov Bərdədə yerləşən FHN-in yeni hərbi hissəsində olub

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızda Fövqəladə Hallar Nazirliyi digər aidiyyəti dövlət qurumları ilə birgə ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərini həyata keçirir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən icra edilən minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi məqsədilə Bərdədə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı mexanikləşdirilmiş alayı yaradılıb. Ölkə başçısının diqqət və qayğısı ilə alay ərazilərin minalardan təmizlənməsi üçün qısa müddətdə ən müasir avadanlıq və cihazlarla təchiz edilib və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Eyni zamanda, alayda xidmət edən əməkdaşlar bu sahədə beynəlxalq kurslarda iştirak edib, akkreditasiyadan keçiblər. Həmçinin, minatəmizləmə əməliyyatlarına xüsusi təlim keçmiş minaaxtaran itlər də cəlb olunub.

İyulun 8-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bərdədə yeni yaradılmış xüsusi təyinatlı mexanikləşdirilmiş alayda olub. Nazir minatəmizləmə işlərində istifadə olunan avadanlıq və cihazlara baxış keçirib, alayda xidmət üçün yaradılan şəraitlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.

 

Digər məlumatlar

Nazir Kəmaləddin Heydərov istehkamçı Süleyman Heydərovla görüşüb

Oktyabrın 4-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərovla görüşüb. Görüşdə S.Heydərovun valideynləri də iştirak......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu