Geri

Qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Belə ki, iyunun 24-də Ağsu şəhəri, Cavanşir küçəsində yanğın hadisəsi baş verib. Yanğının genişlənərək ətrafa yayılma, o cümlədən yaxınlıqdakı evə və qaz xəttinə keçmə təhlükəsi yaranıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qasımov Tural İfadə oğlu müəyyən edilib. T.Qasımov yanğını sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Digər məlumatlar

FHN-in əməkdaşları “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər (video, foto)

13-20 sentyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakətlərin idarə olunması, fövqəladə hallar və humanitar yardım” təşəbbüsü çərçivəsində Qazaxıstan Respublikasının Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunmuş “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər. ...

Ardını oxu

FHN-in əməkdaşı atıcılıq üzrə yarışda gümüş medal qazanıb

22-24 sentyabr 2023-cü il tarixlərində Bakı Atıcılıq Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığının sportinq növü üzrə yarışlara yekun vurulub. ...

Ardını oxu

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan şəhərində seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə Naxçıvan şəhərində “Tibb və sənaye müəssisələrində radiasiya təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib. ...

Ardını oxu