Geri

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi AZS İSO/İES 17065-2014 standartına uyğun akkreditasiya olunub

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi AZS İSO/İES 17065-2014 "Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslerin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər" standartına uyğun akkreditasiya olunub.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsi tərəfindən keçirilən akkreditasiya Agentliyin fəaliyyət istiqamətləri üzrə sözügedən standartın tələbləri əsasında, keçirilən audit nəticəsində müəyyən edilib və Agentlik AZS İSO/İES 17065-2014 akkreditasiya attestatına layiq görülüb.

Akkreditasiya attestatının əldə edilməsi nəticəsində təhlükə potensiallı obyektlərdə və dağ-mədən sahələrində istehsal və istifadə olunan texniki qurğu və avadanlıqların sertifikatlaşdırılmasının həyata keçirilməsi ilə əlaqədar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsinin tələbi tam təmin olunacaq.

Qeyd edək ki, sözügedən attestat Agentliyin sertifikatlaşdırma ilə bağlı fəaliyyətinin yerinə yetirilməsində və bu sahədə əməkdaşların peşəkarlığının artırılması istiqamətində yeni keyfiyyət standartı və meyarları yaradır.

 

Digər məlumatlar

Yevlax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün Hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu