Geri

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 71 yanğına çıxış və14 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 15 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib. 

Həmçinin, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının hərbi hissələrində taktiki-xüsusi təlimlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının tabeliyində olan hərbi hissələrin 2023-cü il üçün hazırlıq planlarına uyğun olaraq taktiki-xüsusi təlimlər keçirilib. ...

Ardını oxu

Lənkəranda “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirilib

Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirilib. ...

Ardını oxu