Xəbər verildiyi kimi, ötən həftə Xocavənd və Füzuli rayonları ərazisində və Cəbrayıl rayonu istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazilərdə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğınlardan mühafizə olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos tərəfindən təqdim edilmiş görüntülərə əsasən, yanğınlar nəticəsində ümumilikdə 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. ...
Ardını oxu