Geri

FHN-in əməkdaşı dünya çempionu olub

14-17 iyul 2022-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının təşkilatçılığı ilə gənclər və böyüklər arasında kyokuşinkay karate və ciyutaido üzrə dünya çempionatı keçirilib.

Çempionatda 25 ölkədən 220-yə yaxın idmançı öz qüvvəsini sınayıb. Yarışda iştirak edən Azərbaycan kyokuşinkay karate və ciyutaido üzrə yığma komandanın idmançıları yüksək nəticələr əldə ediblər. Yüksək nəticə əldə etmiş idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı da var. Belə ki, kişilər arasında kumite yarışlarında Fövqəladə Hallar Nazirliyinin kyokuşinkay karate, eyni zamanda Azərbaycan milli yığma komandasının üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu İskəndər Həsənov 75 kq çəki dərəcəsində 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub. Qalibə Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının kuboku, medal və diplomu təqdim olunub.

Qeyd edək ki, İskəndər Həsənov kyokuşinkay karate üzrə respublika çempionatının, ikiqat dünya kubokunun və beynəlxalq turnirlərin qalibidir.

25 iyul 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

 

Digər məlumatlar

Yevlax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün Hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu