Geri

FHN DYNX-nin təşəbbüsü ilə Qobustan rayonunda “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Qobustan Rayon İcra Hakimiyyətində “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Tədbirdə Qobustan rayonunda fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.

Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, FHN DYNX-nin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Rauf Qurbanov, Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.

Natiqlər, həmçinin meşələrdə baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində müəssisələrin yanğın təhlükəsizliyinə cavabdeh olan personalı tərəfindən yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi, təbii və süni su mənbələrinin, keçidlərin yerlərinin dəqiqləşdirilməsinin vacibliyindən danışıb, meşə sahələri ilə həmsərhəd olan taxıl sahələri, kommunikasiya xətləri, o cümlədən avtomobil və dəmir yolları arasında mineral zolaqların yaradılması ilə eni 4 metrdən az olmamaqla şumlamanın, həmçinin meşəərtafı kəndlərdə yaşayan vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Tədbirdə geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda Qobustan rayonunda texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu ilə təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.

Digər məlumatlar

Yevlax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün Hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu