Geri

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi Nazirliyin İdman-sağlamlıq klubunda yoxlama tədbiri həyata keçirib

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi məqsədilə Nazirliyin İdman-sağlamlıq klubunda yoxlama tədbiri həyata keçirilib.

Yoxlama zamanı İdman-sağlamlıq klubunun fəaliyyətinin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğunluğu, xidmətin təşkili, şəxsi heyətin döyüş və peşə hazırlığının vəziyyəti, nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, mövcud avadanlıqların saz vəziyyətdə saxlanılması, günün nizam qaydalarının tələblərinə və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, tibbi təminat və mənəvi-psixoloji vəziyyət və bu kimi digər sahələr diqqət mərkəzində olub.

Yoxlama zamanı əməli köməklik göstərilib, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar verilib.

 

 

 

Digər məlumatlar

Yevlax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün Hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu