Geri

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində, Şimal Regional Mərkəzi tərəfindən “Quba Konserv-2” ASC-də, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən meşə massivi və istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

 

Digər məlumatlar

FHN Gəncə Regional Mərkəzi nəzəri-praktik məşğələ keçirib

FHN Gəncə Regional Mərkəzi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi ilə qarşılıqlı fəaliyyət planına uyğun olaraq “Yanğın hadisəsi zamanı xilasetmə əməliyyatları” mövzusunda nəzəri-praktik məşğələ keçirib. ...

Ardını oxu

FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (SİTGDMNDA) sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu