21-29 iyun 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yerləşən Yanğından Mühafizə hissələrinin qüvvələri ilə birgə təlim keçirib.
Təlimin keçirilməsində məqsəd baş verə bilən fövqəladə hadisələrlə mübarizə üzrə qarşılıqlı fəaliyyətin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı şəxsi heyətin peşəkar vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlimdə xilasedicilər təlim planına uyğun olaraq qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetiriblər.
Sonda şəxsi heyətin fəaliyyəti təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturun yüksələcəyi, bəzi yerlərdə 42 dərəcəyə çatacağı gözlənilir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 11 avqust 2022-ci il tarixində Lənkəran və Astara xilasetmə məntəqələrinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu