Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 91 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 17 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib. Həmçinin, Nərimanov rayonunda 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyiti bağlı qapı arxasında aşkar olunaq təhvil verilib.
Bundan başqa, dənizdə qeyri-çimərlik ərazilərdə batan 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Respublikasının Sejong şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşəbbüsü ilə “Təbii fəlakətlər üzrə erkən xəbərdarlıq sistemi” mövzusunda keçirilən təlimdə iştirak ediblər. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb....
Ardını oxu