Geri

FHN-in idmançıları növbəti uğurlara imza atıblar

2-3 iyul 2022-ci il tarixlərində Ruminiyanın Kluj-Napoka şəhərində Dünya Cüdo Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında Açıq Avropa turniri keçirilib.

Turnirdə 32 ölkədən 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb. Çempionatda iştirak edən cüdo üzrə Azərbaycan milli yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin yığma komandasının üzvü Nazir Talıbov -60 kq çəki dərəcəsində 5 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub. Qalibə turnirin medalı təqdim olunub.

İdmançımız 2022-ci ilin oktyabr ayında Bosniya və Herseqovina Respublikasında keçiriləcək Avropa çempionatında iştirak edəcək.

7 iyul 2022-ci il tarixində Yunanıstanın Katerini şəhərində Avropa Güləş Federasiyasının təşkilatçılığı ilə çimərlik güləşi üzrə oğlanlar və qızlar arasında U-17 Avropa çempionatı keçirilib.

Çempionatda 18 ölkədən 110-a yaxın idmançı mübarizə aparıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin güləş üzrə yığma komandasının üzvü Hüseyn Sevdimov 50 kq çəki dərəcəsində keçirdiyi bütün görüşlərdə rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub.

Hüseyn Sevdimov 2022-ci ilin sentyabr ayında Ruminiyada keçiriləcək Dünya çempionatında iştirak edəcək.

Qeyd edək ki, idmançı Nazir Talıbovun şəxsi məşqçisi Elçin İsmayılov və Hüseyn Sevdimovun şəxsi məşqçisi isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun əməkdaşı Namiq Sovdumzadədir.

14 iyul 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur qazanmış idmançılar və onların məşqçi müəllimləri ilə görüşərək əldə etdikləri nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

 

Digər məlumatlar

Prezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub (YENİLƏNİB)

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib....

Ardını oxu