Geri

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 58 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 31 nəfər, o cümlədən Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması nəticəsində qəzaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 23 nəfər və Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində intihar məqsədilə özünü suya atan 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Digər məlumatlar

Yevlax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün Hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu