Geri

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Şimal Regional Mərkəzi tərəfindən Şabran rayonu Gəndov kənd tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lerik şəhər 2 saylı tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayonu şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 saylı tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

 

Digər məlumatlar

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi təhlükəli avtokranın fəaliyyətini dayandırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 88 ünvanında yerləşən doqquzmərtəbəli və Nizami rayonu, Qara Qarayev prospekti, 105 ünvanında yerləşən onyeddimərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in helikopterləri vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb. ...

Ardını oxu