Geri

FHN-in Mülki müdafiə qoşunlarında çoxnövçülük üzrə birincilik keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsində hərbi çoxnövçülük üzrə birincilik keçirilib. Birinciliyin keçirilməsində məqsəd şəxsi heyəti idman oyunlarına cəlb etməklə onların peşəkar və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən zabitlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə ölkəmizdə peşəkar idmana göstərilən qayğıdan söz açıb, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildiriblər.

Sonra birinciliyə start verilib. Proqrama uyğun olaraq yarışlar maneələr zolağının dəf edilməsi, turnikdə güc çalışmaları, 1000 metr məsafəyə qaçış, dağa dırmanma növləri üzrə keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən birincilikdə hərbçilər güclərini həm komanda, həm də şəxsi yarışlarda sınayıblar.

Birinciliyin nəticələrinə görə hərbi hissələr arasında komanda yarışları üzrə I yeri Mülki müdafiə qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsinin, II yeri Gəncə şəhərindəki “N” saylı hərbi hissəsinin, III yeri isə Quba şəhərində yerləşən “N” saylı hərbi hissəsinin komandaları tutub.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

 

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonunun Məlikməmmədli kəndi ərazisində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Beynəlxalq Hava Limanında yanğın-taktiki təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Gəncə Regional Mərkəzinin iştirakı ...

Ardını oxu