Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çoxnövçülük üzrə yarışlar keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin struktur bölmələri arasında FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə sularda xilasetmə çoxnövçülüyü üzrə yarışlar keçirilib.

Xidmətin “Buzovna” sularda xilasetmə məntəqəsində keçirilən yarışlarda Bakı və Abşeron yarımadasında yerləşən xilasetmə məntəqələrinin əməkdaşlarından ibarət 20 komanda mübarizə aparıb. Yarışlar açıq dənizdə və qapalı hovuzda təşkil edilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda komanda hesabında “Corat” məntəqəsinin komandası 1-ci yeri, “Zuğulba” dalğıc-axtarış qrupunun komandası 2-ci yeri, “Mərdəkan” məntəqəsinin komandası 3-cü yeri tutub. Şəxsi birincilikdə isə Şahgərdiyev Orxan 1-ci, Muradov Mirağa və Məlikov Kamran müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Yarışların mükafatlandırma mərasimində çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Qaliblərə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının kubok, medal və diplomları təqdim olunub.

 

 

Digər məlumatlar

Yevlax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün Hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu