Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Neftçilər” stansiyasında təlim keçirilib.
Təlimin mövzusu stansiyanın 1-ci yolunun saxlanc yerində baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının tabeliyində olan hərbi hissələrin 2023-cü il üçün hazırlıq planlarına uyğun olaraq taktiki-xüsusi təlimlər keçirilib. ...
Ardını oxuFövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirilib. ...
Ardını oxu