Geri

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər, o cümlədən Mingəçevir sularda xilasetmə məntəqəsinin qeyri-çimərlik ərazisində çimərkən batma təhlükəsi olan 1 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas edilib.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Respublikasında keçirilən təlimdə iştirak ediblər

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Respublikasının Sejong şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşəbbüsü ilə “Təbii fəlakətlər üzrə erkən xəbərdarlıq sistemi” mövzusunda keçirilən təlimdə iştirak ediblər. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb....

Ardını oxu