Geri

FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçılarının Nabranda təşkil olunmuş istirahəti sona çatıb

Məlumat verildiyi kimi, 22-27 iyun 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Bakı şəhərindən olan 44 nəfər Vətən müharibəsi iştirakçısının Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Orman” ailəvi istirahət mərkəzində istirahətləri təşkil edilib.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən istirahət tədbirinin iştirakçıları olan Vətən müharibəsi qaziləri və veteranlar, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılmış abidəsini və Şəhidlər xiyabanını ziyarət edərək, öz ehtiramlarını bildiriblər.

İstirahət proqramına uyğun olaraq, qazi və müharibə veteranlarının istirahətlərini mənalı keçirmələri üçün müxtəlif oyun və yarışlar keçirilib. Belə ki, mini futbol, voleybol, stolüstü tennis, bilyard, şahmat və dama yarışları üzrə müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyən olunaraq mükafatlar təqdim edilib.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 26 İyun - Silahlı Qüvvələr Gününün əhəmiyyəti barədə ətraflı məlumat verib. O, ümummilli lider Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda nizami ordu quruculuğunun əsasının qoyulduğunu xatırladıb. Bu gün Azərbaycan Ordusunun ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dünya ordularının sırasında öz layiqli yerini tutduğunu qeyd edən M.İsmayılov, 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və şücaəti bunun real nümunəsi adlandırıb. Mehman İsmayılov xüsusi vurğulayıb ki, şəhid ailələri, qazi və veteranlar daim cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar.

Qeyd edək ki, maraqlı və yaddaqalan tədbirlərlə zəngin olan istirahət proqramının yekununda müharibə veteranı və qazilərimizə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının hədiyyələri təqdim olunub.

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün “açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması” mövzusunda növbəti maarifləndirmə tədbirini keçirib

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq Sumqayıt Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri həyata keçirilib. ...

Ardını oxu