Geri

FHN-in təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü münasibətilə şəhid ailələri ilə görüş keçirilib

Məlumat verildiyi kimi, 25-30 iyun 2022-ci il tarixlərində Qəbələ şəhərində 60 nəfər şəhid övladının iştirakı ilə Fövqəladə Hallar və Təhsil nazirliklərinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsi keçirilir.

Tədbir çərçivəsində iyunun 27-də Qəbələ şəhərində yerləşən Qafqaz Riverside otelində Silahlı Qüvvələr Günü münasibətilə Qəbələ rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib. Görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, respublikanın xalq artisti Nürəddin Mehdixanlı, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Telli Pənahqızı və digər şəxslər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbirdə çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğunu, milli hərbi kadrların hazırlanmasını, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxladığını vurğulayıblar. Qeyd olunub ki, bu mütərəqqi siyasət dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Çıxışlarda bildirilib ki, Azərbaycanın şanlı Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tapıb. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranları və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunub. Həmçinin, şəhid Cabbarzadə Məmmədiyə Məhəmməd oğlunun övladı Cabbarzadə Əlinin doğum günü münasibəti ilə tort kəsilib və hədiyyə təqdim olunub.

Daha sonra tədbir milli vətənpərvərlik ruhunda konsert proqramı ilə davam etdirilib.

 

 

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu