Geri

FHN-in qurum və regional mərkəzlərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində tədbirlər keçirilib.

Tədbirlərdə əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və xalqımızın müstəqiliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantılarda Ordumuzun yaradılma tarixindən, Silahlı Qüvvələrimizin keçdiyi şərəfli yoldan danışılıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğunu, milli hərbi kadrların hazırlanmasını, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Bu mütərəqqi siyasətin davamı olaraq respublikamızda ordunun daha da inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu, davamlı və məqsədyönlü islahatların əhəmiyyətindən danışılıb, günü-gündən qüdrətlənən Ordumuzun maddi-texniki təminatının durmadan yüksəldiyi, hərbi sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyi vurğulanıb. Qeyd edilib ki, məhz bunun sayəsində torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu sübut etdi.

 

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.  ...

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib (Foto)

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermis yanğın söndürülüb. Hazırda havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olsa da, ...

Ardını oxu