Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Şəkidə taxıl sahəsində maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Şəki rayonu ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Maarifləndirmə tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, “Aqrolizinq” MMC-nin, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, habelə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən kövşən sahələrin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, maarifləndirmə tədbirində kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılmasına dair tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, göstərilən mövzuda silsilə xarakterli tədbirlər digər rayonlarda da keçirilir.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün “açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması” mövzusunda növbəti maarifləndirmə tədbirini keçirib

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq Sumqayıt Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri həyata keçirilib. ...

Ardını oxu