Geri

FHN “Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsi tərəfindən SOCAR “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt şəhərində yerləşən “Etilen-Polietilen” zavodunda “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd şəxsi heyətin yüksək saylı çağırışlar üzrə yanğınların söndürülməsi və təxliyə-xilasetmənin təşkili bacarıqlarının daha da artırılması, belə çağırışlar zamanı əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Sumqayıt şəhərinin Yanğından Mühafizə hissə və bölmələrinin qüvvələri cəlb olunub.

Təlim zamanı yüksək saylı çağırışla “hadisə yerinə” operativ çatan yanğınsöndürmə qüvvələri qaz anbarının ətrafında “zəhərlənmiş” və “xəsarət almış” işçi personalı xüsusi xilasetmə vasitələrindən istifadə etməklə “xilas edib”, qaz tutumunda şərti baş vermiş yanğını qısa müddətdə “söndürüb” və qonşu tutumları soyudaraq “təhlükənin” qarşısını alıblar.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün “açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması” mövzusunda növbəti maarifləndirmə tədbirini keçirib

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq Sumqayıt Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri həyata keçirilib. ...

Ardını oxu