Geri

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi qazisi və veteranının Xaçmaz rayonunda istirahəti təşkil edilib

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş Bakı şəhərindən olan 44 nəfər qazi və veteranın Xaçmaz rayonunun Nabran kəndində istirahətləri təşkil edilib.

Bu gün səhər saatlarında Vətən müharibəsi qazisi və veteranları xüsusi avtobuslarla Xaçmaz rayonuna yola salınıblar.

İstirahət müddətində veteran və qazilərimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılmış abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcək, həmçinin 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Nabrandakı “Orman” ailəvi istirahət mərkəzində istirahət edəcək Vətən müharibəsi qazilərinin və veteranlarının istirahətlərinin səmərəli keçirmələri üçün müxtəlif oyun və yarışların təşkili planlaşdırılıb.

Tədbir çərçivəsində 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi qazilərinin və veteranlarının Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılması da nəzərdə tutulub.

 

 

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti xüsusi təyinatlı texnikaların hərəkətinə süni maneə törədən faktların aradan qaldırılması üçün reyd keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğınsöndürən, habelə digər qəza-xilasetmə texnikalarının hərəkətinə süni maneələr törədən faktların aşkar edilib aradan qaldırılması üçün reydlər keçirib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu