2 iyun 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ali təhsil müəssisəsinin yaradılmasının 14 illiyinə həsr olunan “Avtomobil konstruksiyasında dövri dəyişikliklər və qəza-xilasetmə problemləri” mövzusunda beynəlxalq seminar keçirilib.
Seminarda Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, habelə kommersiya və ictimai təşkilatların nümayəndələri iştirak edib. Türkiyə Respublikasının Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) və Niderlandın “Holmatra” Xilasetmə Avadanlıqları şirkətinin nümayəndələri konfransa onlayn formada qoşulub.
Seminarın keçirilməsində əsas məqsəd avtomobil təhlükəsizliyi və xilasetmə sahəsində fəaliyyət göstərən təşkilat və qurumların nümayəndələrini bir araya gətirərək onlar arasında təcrübə mübadiləsi və müzakirələrin aparılması, bu sahə üzrə müsbət nailiyyətlər əldə etmiş dövlətlərin və şirkətlərin yanaşmalarını öyrənmək, avtomobil təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi olub.
Əvvəlcə, seminar iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və ali təhsil müəssisəsinin 10 illik fəaliyyətini əks etdirən Muzeylə tanış olublar.
Seminarda açılış nitqi ilə çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, nəqliyyat kompleksinin hərtərəfli inkişafı iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanla dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi avtomobil nəqliyyatı infrastrukturunun inkişafına öz müsbət təsirini göstərir.
Akademiya rəisi bildirib ki, avtomobil qəzaları ilə mübarizə, habelə bu hadisələrin nəticələrinin aradan qaldırılması üzrə işlərin effektivliyinin artılması üçün yeni texnologiyaların tətbiqinə, onların elmi əsaslarının kompleks şəkildə öyrənilməsinə zərurət yaranıb.
Sonra seminar öz işini plenar iclasla davam etdirib. Plenar iclasda iştirak edən ekspertlər tərəfindən yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri və şəraitindən, yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardımın göstərilməsindən, avtomobillərin konstruksiya dəyişikliklərinin normativ əsaslarından, avtomobillərin təhlükəsizlik sistemlərindən bəhs edilib, mövzular ətrafında geniş müzakirələr aparılıb.
Tədbirin sonunda fərqlənən seminar iştirakçıları FHN Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Qurtuluş küçəsində yerləşən Sosial Xidmət Müəssisəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib... ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində, o cümlədən attraksionların istismarı ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuAzərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Əli Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. ...
Ardını oxu