Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin xilasetmə dəstələri ilə birgə təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması, o cümlədən hündürmərtəbəli binalardan, kimyəvi zəhərlənmə ocaqlarından, sel, torpaq sürüşməsi və digər fəlakət zonalarından, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin qarşılıqlı fəaliyyətin təşkili istiqamətində təcrübənin artırılmasından ibarət olub.
Təlim zamanı hava yastıqları vasitəsilə “hündürmərtəbəli binalardan” zərərçəkmişlərin təxliyəsi, xüsusi texnika və avadanlıqlardan istifadə etməklə “quyuya düşmüş” və “dağıntılar altında qalmış yaralıların” xilas edilməsi kimi əməliyyatlar icra olunub.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi və Yeni Azərbaycan Partıyası Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu