Geri

FHN Akademiyasının kursantı 3-cü yerə layiq görülüb

20-22 may 2022-ci il tarixlərində “Sərhədçi” Olimpiya İdman Mərkəzində kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib. Çempionatda Fövqəladə Hallar Nazirliyi Akademiyasının “Yanğın təhülkəsizliyi” fakültəsinin III kurs kursantı İlqar Zeynallı da öz gücünü sınayıb.

81 kq çəki dərəcəsində “lou kik” növü üzrə mübarizə aparan İlqar Zeynallı 3-cü yerə layiq görülüb.

Qalib idmançı ilə görüşən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev idmançı kursanta təbriklərini çatdırıb, ona gələcək yarışlarda uğurlar arzulayıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (foto)

Məlumat verildiyi kimi, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...

Ardını oxu