Geri

“ASAN” könüllüləri FHN Akademiyasında olublar

Fövqəladə Hallar Nazirliyinin və 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə “ASAN” könüllüləri FHN Akademiyasının fəaliyyəti ilə tanış olublar.

Tədbirin keçirilməsində əsas məqsəd “ASAN” könüllülərin FHN-in, o cümlədən FHN Akademiyasının fəaliyyəti barədə məlumatlandırılması, eyni zamanda könüllülərin fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirilməsi olub.

Əvvəlcə, könüllülər FHN Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Sonra qonaqlarla görüşən FHN Akademiyası rəisinin müavini polkovnik İlham Babaşov tədbirin əhəmiyyətindən danışıb, könüllülərə FHN-in fəaliyyəti, strukturuna daxil olan qurumlar, müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verib. Könüllülərə, həmçinin ali təhsil müəssisəsinin yaranma tarixi, strukturu, təlim-tədris prosesi barədə ətraflı məlumat verib.

Görüşdən sonra “ASAN” könüllüləri Akademiyanın Muzeyi, fənn kabinetləri, laboratoriyalar və Akademiyanın kitabxanası ilə tanış olublar.

 

 

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 24 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulunu keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu