Geri

FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Slovakiyada keçirilmiş Minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvü, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Asif Zeynalovla görüşüb.

Minifutbol üzrə Azərbaycan milli komandasının üzvünü fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun adından təbrik edən E.Mirzəyev komandamızın çempion olmasının əhəmiyyətindən və əldə olunan tarixi uğurdan danışıb.

Ölkəmizdə hazırda idmana olan diqqət və qayğıdan bəhs edən nazir müavini Azərbaycanda idmanın inkişafının hələ ulu öndər Heydər Əliyev tərəfindən dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini vurğulayıb. Ümummilli Liderin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan idmançılarının yüksək zirvələr fəth etdiyini, nüfuzlu beynəlxalq yarışlarda böyük qələbələrə imza atdığını xatırladan E.Mirzəyev minifutbol üzrə milli komandamızın bu tarixi uğurunu sözügedən mütərəqqi siyasətin parlaq təzahürü kimi qiymətləndirib.

Sonra nazir müavini Etibar Mirzəyev minifutbol üzrə Avropa çempionu olmuş milli komandamızın üzvü, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Asif Zeynalova fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə verilmiş “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını təqdim edib.

 

Digər məlumatlar

FHN-in əməkdaşları “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər (video, foto)

13-20 sentyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakətlərin idarə olunması, fövqəladə hallar və humanitar yardım” təşəbbüsü çərçivəsində Qazaxıstan Respublikasının Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunmuş “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər. ...

Ardını oxu

FHN-in əməkdaşı atıcılıq üzrə yarışda gümüş medal qazanıb

22-24 sentyabr 2023-cü il tarixlərində Bakı Atıcılıq Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığının sportinq növü üzrə yarışlara yekun vurulub. ...

Ardını oxu

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan şəhərində seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə Naxçıvan şəhərində “Tibb və sənaye müəssisələrində radiasiya təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib. ...

Ardını oxu