Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti meşələrdə yanğın təhlükəsizliyinə dair silsilə tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq Regional Ekologiya və Təbii Sərvətlər idarələrinin müfəttişlərinin iştirakı ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Hirkan Milli Parkının, Sabirabad Regional Meşə Bərpası Mərkəzinin Şirvan Meşəbəyliyinin, Zərdab rayonunun Çallı, Ucar rayonunun Qazyan, Goranboy rayonunun Gürzallar və Börü kəndlərindəki meşə sahələrinin rəhbər və işçi heyəti üçün “Meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, meşə sahələrində yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumat verilib. Həmçinin, meşələrin və meşəətrafı ərazilərin, yüksək gərginlikli elektrik hava xətlərinin təhlükəsizlik dəhlizlərinin quru ot, kol-kos, qurumuş ağaclardan təmizlənməsinin, yanğınsöndürən maşınların sərbəst hərəkət etməsi üçün yolların genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbirlərdə “Meşələrin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası, mövzuya aid plakatlar təqdim edilib, meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılıb.

 

 

Digər məlumatlar

Yevlax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün Hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu