Geri

FHN-in Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu "Partners & Business Bakı 2022" sərgisində iştirak edir

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu 16-18 iyun 2022-ci il tarixlərində "Baku Crystal Hall"da təşkil edilən "Partners & Business Bakı 2022" sərgisində iştirak edir.

Sərgidə xüsusi stendlə təmsil olunan İnstitutun fəaliyyət istiqamətləri, elmi-texniki ekspertiza, iş yerlərinin attestasiyası, deffektskopiya təlim-tədrisi, təhlükəli yük daşıyan avtomobillərə texniki baxışın keçirilməsi, həmçinin onların üzərində quraşdırılmış təhlükəli yüklərin daşınması üçün tutumların yuma-deqazasiya işlərinin görülməsi, texniki təhlükəsizlik bəyannamələrinin işlənməsi qaydalarını əks etdirən müxtəlif səpkili vəsaitlər ziyarətçilərin və iş adamlarının diqqətinə çatdırılır.

 

 

Digər məlumatlar

Yevlax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün Hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu