Geri

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü qeyd edilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram tədbirlərində 1992-1993-cü illərdə baş vermiş hadisələrlə bağlı ətraflı məlumat verilib, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı misilsiz xidmətləri xüsusi qeyd olunub. Bildirilib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Dahi rəhbər Azərbaycanı parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas edərək müstəqilliyimizi qoruyub və möhkəmləndirib. Məhz onun müdrik siyasətinin cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz dünya birliyinin nüfuzlu üzvünə, regionun liderinə çevrilib.

Çıxışlardan sonra Heydər Əliyevin həyat və fəaliyyətinə, 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film və videoçarxlar nümayiş etdirilib.

 

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu