Geri

FHN-in Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi Baba Salayev xalqımızın ulu öndəri Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, ölkəmizin çağdaş tarixi dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bilavasitə bağlıdır. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı kimi tarixə düşən 15 iyun Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıcıdır. 1993-cü ildə Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Ölkəmizin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. Məhz Ümummilli Liderin 15 iyun 1993-cü ildə Azərbaycanda xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışı nəticəsində milli müstəqilliyimiz qorundu. Bununla da Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli və əzəmətli mərhələsinə qədəm qoydu. Həmin mərhələnin baş memarı isə ümummilli lider Heydər Əliyevdir.

B.Salayev çıxışına davam edərək diqqətə çatdırıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş mütərəqqi siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün aparılmış 44 günlük tarixi Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə bunun əyani sübutudur.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Sadiq Qurbanov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunub. O, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Sadiq Qurbanov Azərbaycan xalqının qazandığı tarixi Qələbədən söz açaraq vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, cənab Prezidentin müdrik rəhbərliyi və böyük siyasi iradəsi sayəsində Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində azad edildi. 15 iyun bu Qələbəyə gedən yolun başlanğıcı idi.

 

 

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu