Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümünə hazırlıqla əlaqədar toplantı keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində (Xidmət) çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq tədris-metodiki toplantı keçirilib.

Toplantıda Xidmətin rəhbərliyi, dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin məsul şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2021-ci il ərzində su hövzərində suda boğulma hadisələri ilə mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib. Eyni zamanda, su hövzələrində axtarış-xilasetmə tədbirləri, dalğıc işləri və insanların sularda təhlükəsizliyinin təmin olunması sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülmüş işlər diqqətə çatdırılıb.

Daha sonra Xidmətin struktur bölmələrinin əməkdaşları 2022-ci il üçün çimərlik mövsümünə hazırlıq işlərinin təşkili, sularda bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması, çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması, habelə xilasetmə avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik tələblərinin təmin olunması haqqında hesabat xarakterli çıxışlar ediblər.

Sonda Xidmət rəisi insanların sularda təhlükəsizliyi və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkili üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

 

 

 

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu