Geri

FHN-in əməkdaşı karate üzrə Avropa çempionatında uğur qazanıb

20-22 may 2022-ci il tarixlərində Bolqarıstan Respublikasının Kranevo şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə yeniyetmə, gənclər, böyüklər və masterlər arasında 12-ci Avropa çempionatı keçirilib.

Turnirdə 18 ölkənin 1200-dən çox idmançısı mübarizə aparıb. Çempionatda Azərbaycann karate üzrə milli komandasının və Fövqəladə Hallar Nazirliyinin karate komandasının üzvü Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, mayor İlqar Ələkbərov -84 kq çəki dərəcəsində böyüklər arasında komanda kumite yarışlarında qızıl və şəxsi kumite yarışlarda isə turnirin bürünc medalının sahibi olub.

10 iyun 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Avropa çempionatında uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Karateçimiz sentyabr ayında Dünya Şotokan Karate Federasiyasının təşkilatçılğı ilə Çexiya Respublikasında keçiriləcək Dünya çempionatında da iştirak edəcək.

 

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu