Geri

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, ötən həftə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən rayonu A.Şirinov adına Şambulbinə kənd tam orta və A.Mirəliyev adına Qazma kənd 2 saylı tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayonu Şirinsu kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Tovuz rayonu Araz Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Üçgünqışlaq kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonu Ağdərə kənd ümumi orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

 

 

Digər məlumatlar

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi səhra şəraitində toplantı keçirib

Fövqəladə Hallar Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin Sumqayıt, Şimal, Muğan və Cənub Regional mərkəzlərinin mülki müdafiə məsələləri üzrə məsul vəzifəli şəxslərinə mülki müdafiənin vəziyyəti ilə bağlı “2022-ci ilin 9 ayının yekunu və 2023-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş səhra şəraitində toplantı......

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə texniki talonlar təqdim edilib

Lənkəran rayonunun Balıqçılar qəsəbəsində fəaliyyət göstərən bir qrup kiçikhəcmli gəmi istifadəçisinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən qayıqlara texniki baxış keçirilib. ...

Ardını oxu

FHN “Masallı Sənaye Məhəlləsi”ndə yanğın-taktiki təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Masallı rayonu ərazisində yerləşən “Masallı Sənaye Məhəlləsində” yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib. ...

Ardını oxu