Geri

Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə məlumatı

Bu gün, 31 may 2022-ci il tarixində, saat 15:00-da Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Heydər Əliyev prospekti, 10 ünvanında yerləşən Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında yanğın-taktiki təlim keçiriləcək.

Təlimin keçirilməsində məqsəd yanğın təhlükəsizliyinin təmin edilməsi və yanğınlarla mübarizə üzrə aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün fövqəladə hallar, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkar hazırlığının daha da artırılmasıdır.

 

Digər məlumatlar

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi səhra şəraitində toplantı keçirib

Fövqəladə Hallar Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin Sumqayıt, Şimal, Muğan və Cənub Regional mərkəzlərinin mülki müdafiə məsələləri üzrə məsul vəzifəli şəxslərinə mülki müdafiənin vəziyyəti ilə bağlı “2022-ci ilin 9 ayının yekunu və 2023-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş səhra şəraitində toplantı......

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə texniki talonlar təqdim edilib

Lənkəran rayonunun Balıqçılar qəsəbəsində fəaliyyət göstərən bir qrup kiçikhəcmli gəmi istifadəçisinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən qayıqlara texniki baxış keçirilib. ...

Ardını oxu

FHN “Masallı Sənaye Məhəlləsi”ndə yanğın-taktiki təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Masallı rayonu ərazisində yerləşən “Masallı Sənaye Məhəlləsində” yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib. ...

Ardını oxu