Geri

Sumqayıt şəhərində mülki müdafiə dəstələri ilə nümunəvi mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti" mövzusunda keçirilən tədbirə FHN Sumqayıt Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı və Fövqəladə Hallar Komissiyası, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.

 

Digər məlumatlar

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi səhra şəraitində toplantı keçirib

Fövqəladə Hallar Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin Sumqayıt, Şimal, Muğan və Cənub Regional mərkəzlərinin mülki müdafiə məsələləri üzrə məsul vəzifəli şəxslərinə mülki müdafiənin vəziyyəti ilə bağlı “2022-ci ilin 9 ayının yekunu və 2023-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş səhra şəraitində toplantı......

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə texniki talonlar təqdim edilib

Lənkəran rayonunun Balıqçılar qəsəbəsində fəaliyyət göstərən bir qrup kiçikhəcmli gəmi istifadəçisinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən qayıqlara texniki baxış keçirilib. ...

Ardını oxu

FHN “Masallı Sənaye Məhəlləsi”ndə yanğın-taktiki təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Masallı rayonu ərazisində yerləşən “Masallı Sənaye Məhəlləsində” yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib. ...

Ardını oxu