Geri

FHN-in Yanğından Mühafizə bölmələri arasında keçirilən müsabiqəyə yekun vurulub

“28 May – Müstəqillik Günü” münasibətilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) keçirilmiş “Ən yaxşı bölmə” baxış-müsabiqəsinə yekun vurulub.

FHN işçiləri Həmkarlar İttifaqının dəstəyi ilə təşkil edilən müsabiqənin keçirilməsində əsas məqsəd yanğından mühafizə bölmələrinin şəxsi heyətinin yanğınlarla mübarizə üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi olub.

Baxış-müsabiqəyə Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun yanğından mühafizə bölmələri cəlb edilib.

28 komanda olmaqla 196 nəfər iştirakçının cəlb olunduğu baxış-müsabiqədə birinci yerə Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin (RYMH) 1 nömrəli Yanğından Mühafizə Bölməsi (YMB), ikinci yerə Yasamal RYMH-nin 31 nömrəli YMB, üçüncü yerə isə Səbail RYMH-nin 25 nömrəli YMB layiq görülüb.

Qaliblərin mükafatlandırma mərasimində FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və DYMX-nin vəzifəli şəxsləri iştirak edib.

Mükafatlandırma mərasimində çıxış edən Mehman İsmayılov qalibləri təbrik edib, daha sonra yarışın həsr olunduğu əlamətdar gün – Müstəqillik Gününün əhəmiyyəti barədə geniş çıxış edib. M.İsmayılov bildirib ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz izlər buraxıb, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.

Daha sonra İttifaq sədri vurğulayıb ki, müasir, müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsində xalqımızın ulu öndəri Heydər Əliyevin misilsiz xidmətləri vardır. Məhz xalqımızın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, güclü iradəsi və sonsuz Vətən sevgisi sayəsində xalqımız yenicə bərpa etdiyi müstəqilliyini ötən əsrin 90-cı illərində itirmək təhlükəsindən xilas oldu. Bu gün mütərəqqi Heydər Əliyev siyasi kursu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir.

Sonda “Ən yaxşı bölmə” adı uğrunda keçirilən baxış-müsabiqənin qaliblərinə FHN işçilərinin Həmkarlar ittifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən qiymətli hədiyyə və diplomlar təqdim edilib.

 

Digər məlumatlar

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi səhra şəraitində toplantı keçirib

Fövqəladə Hallar Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin Sumqayıt, Şimal, Muğan və Cənub Regional mərkəzlərinin mülki müdafiə məsələləri üzrə məsul vəzifəli şəxslərinə mülki müdafiənin vəziyyəti ilə bağlı “2022-ci ilin 9 ayının yekunu və 2023-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş səhra şəraitində toplantı......

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə texniki talonlar təqdim edilib

Lənkəran rayonunun Balıqçılar qəsəbəsində fəaliyyət göstərən bir qrup kiçikhəcmli gəmi istifadəçisinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən qayıqlara texniki baxış keçirilib. ...

Ardını oxu

FHN “Masallı Sənaye Məhəlləsi”ndə yanğın-taktiki təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Masallı rayonu ərazisində yerləşən “Masallı Sənaye Məhəlləsində” yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib. ...

Ardını oxu