Geri

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 28000kv.m olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000kv.m hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının əsgəri Cüdo üzrə Açıq Avropa turnirində çempion adını qazanıb

2-3 iyul 2022-ci il tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində Cüdo üzrə böyüklər arasında Açıq Avropa turniri keçirilib. Yarışda 32 ölkənin 200-dən artıq idmançısı iştirak edib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti taxıl və meşə sahələrində silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Beyləqan, Ağcabədi və Yevlax rayonlarının ərazisində yerləşən taxıl və meşə sahələrində - açıq havada “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu