Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın onbirmərtəbəli yaşayış binasının liftinin şaxtasında baş verib və bir qrup vətəndaş mənzillərdə təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək alovun genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən xüsusi texnikanın tətbiqi ilə binanın yuxarı mərtəbələrində təhlükəli vəziyyətdə qalmış vətəndaşlar xilas edilib. Ümumilikdə xilasetmə əməliyyatı zamanı 15 bina sakini qatı tüstülənmiş binadan təhlükəsiz yerə təxliyə olunub.

Yanğın nəticəsində liftin şaxtasının arxa hissəsindən keçən kabellər 18 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.

 

Digər məlumatlar

Ağcabədi rayonunda mülki müdafiə dəstələri ilə nümunəvi mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi AZS İSO/İES 17065-2014 standartına uyğun akkreditasiya olunub

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi AZS İSO/İES 17065-2014 "Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslerin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər" standartına uyğun akkreditasiya olunub. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu