Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti taxıl tədarükü ilə bağlı növbəti silsilə seminar-müşavirələr keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, DYNX dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Yevlax, Göyçay, Zərdab, Ucar, Tərtər və Goranboy rayonlarında seminar-müşavirələr keçirib.

Tədbirlərdə müvafiq regionlarda fəaliyyət göstərən rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, sözügedən rayonlarda fəaliyyət göstərən FHN-in Dövlət Yanğından Mühafizə hissələrinin və Dövlət Aqrar İnkişaf mərkəzlərinin, “Aqroservis” ASC-nin regional nümayəndəliklərinin, Meşə mühafizəsi və bərpası müəssisələrinin, Polis şöbələrinin, “Azərişıq” ASC-nin regional idarələrinin məsul şəxsləri, fermer təsərrüfatı sahibləri iştirak ediblər.

Seminar-müşavirələrdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb və yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub.

Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, FHN əməkdaşları tərəfindən zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

 

Digər məlumatlar

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin Şimal-qərb regional mərkəzinin ərazisində yerləşən hərbi hissəsində növbəti yoxlama tədbirləri həyata keçirilib

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu