Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “SOCAR-Petroleum" QSC-nin Gəncə Neft terminalında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.
Təlimin keçirilməsində əsas məqsəd neft məhsulu saxlanılan çəndə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlimə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər, Samux və Göygöl rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.
Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti yanğın qısa müddətdə “söndürülüb”.
Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi AZS İSO/İES 17065-2014 "Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslerin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər" standartına uyğun akkreditasiya olunub. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu