Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələrində “Mülki müdafiə günü” mövzusunda silsilə tədbirlər keçirib. Tədbirlərdə məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirlər çərçivəsində keçirilən mülki müdafiə məşğələləri nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
Praktiki hissə zamanı şərti olaraq baş vermiş zəlzələ zamanı müəllim və şagird heyətinin təxliyəsi həyata keçirilib. Həmçinin, məktəbdə şərti olaraq baş verən yanğın ilkin odsöndürən vasitələrlə “söndürülüb”, “xəsarət alanlara ilkin tibbi yardım göstərilib”.
Nəzəri hissə çərçivəsində çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları məşğələ iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, ölkəmiz üçün spesifik olan fövqəladə hallar zamanı davranış qaydaları barədə ətraflı məlumat veriblər.
Bundan əlavə, tədbirlər çərçivəsində mülki müdafiə gününə həsr olunan "açıq dərs"lər də keçirilib. Dərslərdə şagirdlər zəlzələ, torpaq sürüşməsi, sel və daşqın, yanğınlar, vulkan və s. mövzularda öz biliklərini ifadə ediblər.
İnteraktiv formada keçirilən tədbirlərdə mövzulara dair videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu