Geri

Türkiyədə səfərdə olan nazir müavini Etibar Mirzəyev bir sıra rəsmi şəxslərlə görüşüb

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev cari ilin 13 may tarixində İstanbul şəhərində qardaş ölkənin daxili işlər nazirinin müavini İsmayıl Çataklı, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezər və AFAD-ın Baş əməliyyat idarəsinin rəisi Yusuf Aysu ilə görüşüb.

İkitərəfli əməkdaşlığımızın dostluq və qardaşlıq əsasında davam etdiyini qeyd edən nazir müavini Etibar Mirzəyev, Azərbaycan-Türkiyə əlaqələrindən danışaraq BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış-xilasetmə üzrə Məşvərətçi Qrupu tərkibində iki qardaş ölkənin müvafiq qurumlarının səmərəli əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, ikitərəfli görüşlər, təlimlər və məsləhətləşmələr fəaliyyət imkanlarının artırılmasına, eyni zamanda 2022-ci ilin sonunda Azərbaycanda keçiriləcək beynəlxalq INSARAG klassifikasiyasının hazırlıq prosesinə əvəzsiz töhfə verəcək. O, Azərbaycan FHN-in  Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG klassifikasiyasından uğurla keçməsi üçün verdiyi dəstəyə görə Türkiyə tərəfinə təşəkkür edib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir müavini İsmayıl Çataklı Türkiyədə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan Respublikası tərəfindən edilən hərtərəfli yardımlara görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və qardaş ölkə Azərbaycana təşəkkürünü bildirib. Nazir müavini ölkələrimizin müvafiq qurumları arasında axtarış və xilasetmə sahəsində əməkdaşlığın uğurla davam etdirilməsində səylərinə görə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova təşəkkür edib.

Görüşdə iştirak edən AFAD rəhbəri Yunus Sezər axtarış və xilasetmə sahəsində məlumat və təcrübə mübadiləsinin aparılmasının mütəmadi olaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb. Y.Sezər, həmçinin birgə təlimlərin təşkili, qarşılıqlı səfərlərin və aidiyyəti üzrə işçi görüşlərin həyata keçirilməsi məsələləri ilə bağlı fikirlərini bölüşüb. O, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi üçün AFAD tərəfindən lazımi dəstəyin davam etdiriləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib. ...

Ardını oxu

FHN Mərdəkandakı internat məktəbində təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu