Geri

FHN metronun “8 Noyabr” stansiyasında yanğın-taktiki təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bakı Metropoliteni” QSC-nin “8 Noyabr” stansiyasında yanğın-taktiki təlim keçirib.

Təlimin keçirilməsində əsas məqsəd yanğından mühafizə bölmələrinin döyüş hazırlığının, o cümlədən metroda baş verə biləcək yanğınlarla əlaqədar praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə metropolitenin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.

Təlim zamanı, əvvəlcə baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib, dərhal sonra metropoliten əməkdaşları tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə” başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Sonra təlimdə iştirak edən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı  qarnizonunun Nəsimi, Binəqədi, Yasamal Rayon Yanğından Mühafizə hissələrinin və 1 saylı Xüsüsi Təyinatlı Yanğından Mühafizə Hissəsinin qüvvələri “yanğın” baş vermiş ünvana operativ qaydada gələrək “tüstülənmiş” zonada “köməksiz vəziyyətdə qalan insanların təxliyəsi” və şərti yanğının “söndürülməsi” əməliyyatını qısa müddətdə uğurla icra ediblər.

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri hərəkətlər, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ətraflı izah edilib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Dövlət Yanğından Mühafizə Xidməti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin birgə məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidməti heyəti yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin təlim məşqini uğurla icra edib. ...

Ardını oxu