Geri

FHN işçilərinin Həmkarlar İttifaqı Beynəlxalq Qadınlar Günü münasibətilə onlayn tədbir keçirib

5 mart 2022-ci il tarixində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən təşkilatın komitə sədrləri və yubiley yaşı tamam olmuş bir qrup fəal qadın üzvlərinin iştirakı ilə onlayn tədbir keçirilib.

Tədbiri açıq elan edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Nazirliyin qadın əməkdaşlarını bayram münasibətilə təbrik edib, 8 Mart - Beynəlxalq Qadınlar Gününün tarixindən bəhs edib, ölkəmizdə  həyata keçirilən qadın siyasəti haqqında  danışıb.

İttifaqın sədri qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında fəaliyyətlərinin yüksək səviyyədə həyata keçirilməsi, öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmaları, onların cəmiyyətdəki rolunun artırılması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm işlər görülüb. Qadınlarımız yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, dövlət qurumlarında və  özəl sektorda fəaliyyət göstərir, məsul vəzifələrə irəli çəkilirlər. Onlar öz səmərəli fəaliyyətləri ilə gənc nəslin yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq vətəndaşlar kimi yetişməsində misilsiz rol oynayır, insanların sağlamlıqlarının qorunmasına, mədəniyyətimizin inkişafına böyük töhfələr verirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətindən söz açan Mehman İsmayılov onun təşəbbüsü və təşkilatçılığı ilə ölkə daxilində, eyni zamanda xaricdə, xalqımızın və ölkəmizin maraqları naminə həyata keçirilən genişmiqyaslı işlərin əhəmiyyətindən danışıb.

Mehman İsmayılov bildirib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə işğaldan azad olunmuş ərazilərin müəyyən bir hissəsində FHN işçilərinin Həmkarlar İttifaqının maliyyə vəsaiti hesabına 44 günlük Vətən müharibəsində canlarını Vətən uğrunda fəda vermiş şəhidlərin analarının və Nazirliyin qadın əməkdaşlarının sayına uyğun miqdarda Qarabağ Dirçəliş Fondu vasitəsilə ağacəkmə aksiyasını həyata keçirmək təklifi həmin fondla razılaşdırılıb.

Sonda Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin qadın sədrlərinə və ittifaqın üzvü olan bir qrup yubilyar qadına qiymətli hədiyyələr təqdim edilib.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

Daha bir tibb müəssisəsində çatışmazlıqlarla bağlı rentgen-müayinə fəaliyyəti dayandırılıb (foto)

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu