Geri

FHN-in Akademiyasında 31 mart soyqırımının qurbanları anılıb

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Milli Məclisin deputatı Soltan Məmmədov, Akademiyanın professor-müəllim heyəti və kursantlar iştirak edib.

Əvvəlcə, soyqırımı qurbanlarının, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan ətraflı bəhs edib. O, bildirib ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə siyasəti nəticəsində on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları ilk dəfə rəsmi şəkildə bəyan olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında” 2009-cu il 30 dekabr tarixli Sərəncam Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atılan mühüm addımdır. Akademiya rəisi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tarixi ilə bağlı həqiqətlərin, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən də danışıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov azərbaycanlıların soyqırımı gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını diqqətə çatdırıb. Baş vermiş faciənin tarixindən söz açan natiq bildirib ki, təcavüzkar siyasət yeridən, qanlı əməllərindən əl çəkməyən ermənilər öz havadarlarının köməyi ilə əzəli torpaqlarımızı işğal etməyi özlərinin əsas məqsədlərinə çeviriblər. Bildirilib ki, tarixi faciələrimizi gənclərimizin bilməsi və gələcək nəsillərə ötürməsi vacibdir. Deputat qeyd edib ki, ölkə başçısının apardığı müdrik siyasət nəticəsində güclü iqtisadiyyatımız və qüdrətli Ordumuz formalaşıb. Bunun nəticəsi olaraq cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı 44 gün ərzində böyük Qələbəyə nail olub, 30 ilə yaxın müddətdə erməni faşizminin əsarətində olan torpaqlarımızı azad edib.

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Xəzər dənizinin Lənkəran şəhərindəki sahil zolağında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarında çoxnövçülük üzrə birincilik keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsində hərbi çoxnövçülük üzrə birincilik keçirilib.  ...

Ardını oxu