Geri

FHN-in Şimal Regional Mərkəzi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirib

Martın 30-da Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi tərəfindən 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib. Tədbir çərçivəsində Regional Mərkəzin şəxsi heyəti 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı memorial kompleksini ziyarət edib.

Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Memorial Kompleksin akt zalında davam etdirilən anım tədbirində çıxış edənlər on minlərlə azərbaycanlının ermənilər tərəfindən qətlə yetirilməsi ilə XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən olan bu faciə barədə danışıb, tarixi həqiqətlərin gənc nəslə aşılanmasının vacibliyini qeyd ediblər. Soyqırımı barədə həqiqətlərin üzə çıxarılması və dünya ictimaiyyətinə çatdırılması baxımından xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanın əhəmiyyəti qeyd olunub.

Tədbir çərçivəsində ziyarətçilər erməni millətçilərinin cinayətkar əməlllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında” 30 dekabr 2009-cu il tarixli Sərəncam əsasında təşkil edilmiş abidə-muzeyin ekspozisiyası ilə tanış olub, soyqırımı ilə bağlı qısametrajlı film izləyiblər.

 

 

 

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti xüsusi təyinatlı texnikaların hərəkətinə süni maneə törədən faktların aradan qaldırılması üçün reyd keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğınsöndürən, habelə digər qəza-xilasetmə texnikalarının hərəkətinə süni maneələr törədən faktların aşkar edilib aradan qaldırılması üçün reydlər keçirib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu