Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Qaramahmudlu kəndində (rayon Yanğından Mühafizə Hissəsindən təqribən 25 km məsafədə) ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ərzaq mağazasında baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində anbarla birlikdə ümumi sahəsi 100 kv.m olan mağazanın təqribən 60 kv.m hissəsi yanıb. Mağazanın qalan hissəsi, bitişik tikili və yaxınlıqda yığılmış ümumi həcmi 5 ton olan yanacaq çəlləkləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuAzərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. ...
Ardını oxu